Əfqanıstan İslamabadın bombalanmasına cavab olaraq Pakistana zərbələr endirib

Əfqanıstan Müdafiə Nazirliyi Pakistan təyyarələrinin Əfqanıstan daxilində havadan bombardmanlar həyata keçirməsindən bir neçə gün sonra qonşu Pakistanda bir neçə məntəqəyə zərbələr endirib.
AFN.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Əfqanıstan Müdafiə Nazirliyinin bəyanatında Pakistanın adı çəkilməsə də, zərbələrin hipotetik xəttin arxasında həyata keçirildiyi bildirilir.
"Əfqanıstanda hücumları təşkil edən və koordinasiya edən zərərli ünsürlər və onların havadarları üçün mərkəz və sığınacaq rolunu oynayan hipotetik xəttdən kənarda bir neçə nöqtə ölkənin cənub-şərq istiqamətindən cavab zərbəsinin hədəfinə çevrilib", - deyə nazirlikdən bildirilib.
Zərərçəkənlər və ya hücuma məruz qalan konkret bölgələr barədə ətraflı məlumat verilməyib.