Aİ: Baltik dənizində elektrik enerjisinin kəsilməsinə görə Rusiya günahkardır

AB Komissiyasının sədri Ursula von der Leyen sosial media hesabında verdiyi açıqlamada hadisənin AB infrastrukturuna olan təhdidləri ortaya çıxardığını bildirib.
Von der Leyen Avropanın kritik infrastrukturunun, o cümlədən sualtı kabellərin qorunmasını təmin edəcəyinə söz verib.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas da hadisənin kritik infrastruktura edilən şübhəli hücumlar seriyasının sonuncusu olduğunu bildirib.
"Şübhəli gəmi Rusiyanın kölgə donanmasının bir hissəsidir və bu, müharibə büdcəsini maliyyələşdirərkən təhlükəsizliyi və ətraf mühiti təhdid edir. Biz bu donanmanı hədəf almaq üçün sanksiyalar da daxil olmaqla əlavə tədbirlər təklif edəcəyik", - deyə Kallas bildirib.
Ali Nümayəndə qeyd edib ki, hazırda regionda elektrik enerjisi təchizatının təhlükəsizliyi üçün heç bir risk yoxdur.