Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır
Rusiya parlamentinin aşağı palatası Duma Talibanın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanun layihəsini qəbul edib.
Rusiya 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən Talibanı terror təşkilatları siyahısından çıxarmaq üçün hərəkətə keçib. Rusiya parlamentinin aşağı palatası Duma Talibanın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanun layihəsini qəbul edib.
Qəbul edilmiş qanun layihəsinə görə, terror təşkilatları siyahısına daxil edilmiş təşkilatların fəaliyyətinə qoyulan qadağa Rusiya məhkəmələri tərəfindən ləğv edilə bilər. Rusiya məhkəmələrinin qərarına əsasən, Taliban ilə Rusiya hökuməti arasında rəsmi əlaqələr yaradıla, Rusiya vətəndaşları da Talibanla işləyə bilər.
Qeyd edək ki, Rusiya 2003-cü ildə Talibanı “terror təşkilatı” siyahısına salıb.