Almaniyada erkən seçki prosesinə start verilib
Almaniya kansleri Olaf Şolz Bundestaqda etimad səsi ala bilmədikdən sonra ölkədə növbədənkənar seçki prosesi başlayıb.
Şolz Almaniya Konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq Bundestaqda etimad səsverməsi tələb edib.
Parlamentdə keçirilən etimad səsverməsində 207 deputat Şolzun leyhinə, 394 deputat isə əleyhinə səs verib. 116 deputat səsvermədə bitərəf qalıb.
Kansler Şolz etimad səsverməsi üçün 367 səs alması lazım idi.
Baş nazir Şolzun səsvermənin nəticələri elan edildikdən sonra prezident Frank-Valter Ştaynmayerlə görüşəcəyi və növbədənkənar seçkilərin keçirilməsi üçün parlamentin buraxılmasını prezidentə təklif edəcəyi gözlənilir.