Şolz hökumətə etimad səsverməsi üçün Bundestaqa sorğu göndərib


Almaniya kansleri Olaf Şolz hökumətə etimad səsverməsi üçün Bundestaqa (Almaniya parlamenti) sorğu göndərib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.

"Bu səhər Almaniya kansleri Olaf Şolz Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq Federal Kansler Aparatındakı ofisində yazılı etimad bəyanatı imzaladı" - deyə Hebestreit bildirib.

Şolzun ərizəsində yazılıb: “Hörmətli Bundestaqın sədr! Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq, mənə etimad məsələsinin səsə qoyulmasını xahiş edirəm. 16 dekabr 2024-cü il bazar ertəsi səsvermədən əvvəl bu məsələ ilə bağlı açıqlama vermək niyyətindəyəm".

"Bundestaqda etimad səsverməsi ilə bağlı debat gələn bazar ertəsi, dekabrın 16-na təyin edilib", - deyə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi qeyd edb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu