Olaf Şolz Türkiyəyə səfər edəcək


Almaniya kansleri Olaf Şolz gələn həftənin sonunda Türkiyəyə səfər edəcək.


Oktyabrın 19-da İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. AFN.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Büxner brifinqdə jurnalistlərə bildirib.

“Kansler gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da, şənbə günü İstanbulda prezident Ərdoğanla görüşəcək”, - deyə o bildirib. Danışıqlardan sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Büxner qeyd edib ki, danışıqlarda böyük ehtimalla Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyət, həmçinin miqrasiya problemi müzakirə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu