Almaniya XİN-dən Əsəd tərəfdarlarına: Almaniyaya gəlməyin


Almaniyanın xarici işlər naziri Annalena Baerbok Suriyada süqut etmiş Əsəd rejiminin hərbi cinayətlərdə və insan haqları pozuntularında iştirak edən tərəfdarlarının Almaniyaya keçəcəkləri təqdirdə həbs edilərək mühakimə olunacaqlarını bildirib.



Xarici işlər naziri Baerbok həftəlik “Bild am Sonntag” qəzetinə verdiyi açıqlamada, alman səlahiyyətlilərinin Əsəd rejiminin agentlərinin Almaniyaya sığınmasına icazə verməyəcəyini ifadə edib.

Baerbok həmçinin qeyd edib ki, hazırda beynəlxalq təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin mümkün qədər sıx əməkdaşlıq etməsi vacibdir.

Almaniyada sərhəd nəzarətinin daha sərt olduğunu vurğulayan Daxili İşlər Naziri Nensi Faeser, "Biz son dərəcə ayıq-sayıqıq. Əgər Əsədin terror rejiminin qulluqçuları Almaniyaya qaçmağa cəhd edərlərsə, bilməlidirlər ki, onların cinayətlərini Almaniya kimi bu qədər sərt şəkildə təqib edən başqa bir ölkə yoxdur. Bu, onları cəhd etmək cəsarətindən çəkindirməlidir" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu