Almaniyalı nazir Çinə səfəri öncəsi Pekini tənqid edib
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Çinə səfərindən əvvəl Pekin administrasiyasını tənqid edib.
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Çinin Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstəyə reaksiya göstərərək, “Çin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünya sülhü və təhlükəsizliyi üçün məsuliyyət daşımaq əvəzinə, Rusiyaya iqtisadi və silah yardımı edir. Bu, bizim Avropadakı əsas maraqlarımıza ziddir” deyib.
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibənin sülh üçün təhdid olduğunu müdafiə edən Baerbok, "Çin ilə əlaqələrimizdə bunu görməzlikdən gələ bilməməyimiz Pekində danışacağım digər bir mövzudur" ifadələrini qeyd edib.
Baerbock avropalılar olaraq ədalətli rəqabət və Çin ilə bərabər şərtlər üçün həll yolları tapmaqda güclü səlahiyyətə malik olan Avropa Birliyi (AB) Komissiyasını dəstəklədiklərini vurğulayıb.
AB ilə Çin arasındakı iqtisadi rəqabətə diqqət çəkən Baerbock “Buna görə də biz Almaniya və Avropa sənayelərinə zərər vuraraq rəqabət üstünlüyü əldə etmək üçün BƏT-in əsas əmək standartlarına məhəl qoymayan dövlət tərəfindən subsidiyalaşdırılan həddindən artıq istehsal və ya insan hüquqlarının pozulması kimi beynəlxalq qaydaları pozanlara dözməyəcəyik” vurğulayıb.
Mənbə: AA