Fuji dağı uzun müddətdir qarsız qalıb
Yaponiyanın ən hündür dağı olan Fuji dağı 130 illik rekordlar ərzində ilk dəfə bu qədər qarsız qalıb. Oktyabrın əvvəllərində qarın adətən pik həddinə düşdüyü Fuji bu il hələ də ağ örtüyünə qayıtmayıb. Bu gecikmə Yaponiya tarixində ən isti yayı keçirdikdən sonra baş verir.
AFP xəbər agentliyinin məlumatına görə, Fuji dağının zirvəsində ilk qar ötən il oktyabrın 5-də yağıb. Amma bu il havaların qeyri-adi isti keçməsi qar yağmasının qarşısını alıb. Yaponiya Meteorologiya Cəmiyyətinin məlumatına görə, Yaponiyada bu il (iyun-avqust aylarında) yay temperaturu orta səviyyədən 1,76°C yuxarı olub. Sentyabr ayı ərzində temperatur gözləniləndən yüksək qeydə alınıb. Bu, subtropik reaktiv axınının şimala doğru dəyişməsi və Yaponiya üzərindən daha isti cənub havanın daşınması ilə əlaqələndirilirib.
Reaktiv axınlar dünyanı gəzən sürətli hava axınları kimi tanınır və cənubdan gələn isti hava ilə şimaldan gələn soyuq havanın birləşməsi nəticəsində əmələ gəlir. Bu təsirlər nəticəsində Yaponiyada keçən ay temperaturun 35°C-dən çox olduğu 1500-ə yaxın bölgə son dərəcə isti kateqoriyasına aid edilib.
Oktyabr ayında temperatur bir qədər azalıb, lakin hələ də orta səviyyədən yuxarıdı. Noyabr ayına qar yağmadan girmək Fuji dağının zirvəsinin qarla örtülməsini ən uzun zaman gözləmək deməkdir.
1894-cü ildə qeydlər aparılmağa başlayandan bəri bu gecikmə müşahidə edilməmişdir. Əvvəllər bu rekord 1955 və 2016-cı il 26 oktyabrda qeydə alınıb.
Tokionun cənub-qərbində yerləşən və hündürlüyü 3776 metr olan və Yaponiyanın mədəni simvollarından biri kimi tanınan Fuji dağı təkcə yapon incəsənəti üçün deyil, həm də bölgənin tarixi və turizmi üçün böyük əhəmiyyət kəsb edir.
Keçən il iyul-sentyabr ayları arasında zirvəyə çıxanların sayı 220 mini keçib. Dağın qarsız olması Yaponiyada iqlim dəyişikliyinin təsirlərindən biri hesab olunur.
Mənbə: BBC