Emin Tarverdiyev şəhid Firuz Qureşlinin ailəsini ziyarət etdi - FOTOLAR


"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev şəhid Firuz Qureşlinin ailəsini ziyarət edib.



AFN.az xəbər verir ki, Şahbuz rayonunun Külüs kəndində baş tutan ziyarət zamanı şəhidimizin valideynləri ilə fikir mübadiləsi aparılıb. Görüşdə şəhid anası, Naxçıvan Ali Məclisinin deputatı Gülşad Rüstəmova da iştirak edib. Şəhidimizin valideynləri göstərdikləri diqqət üçün E.Tarverdiyevə və G.Rüstəmovaya təşəkkürlərini bildiriblər. Görüşdə şəhid ailələrinə diqqət və qayğısından danışılıb, dövlətimizin uğurlarından söhbət açılıb.



Firuz Qureşli Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlayıb. 2019-cu ildə baş leytenant rütbəsi verilib.



Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. 6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanıb. Oktyabrın 10-da müalicə aldığı xəstəxanada vəfat edib. Külüs kənd məzarlığında dəfn edilib.



Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu