İran İsraildə beş hərbi obyekti vurub


İsrail İranın iri hərbi hava bazası da daxil olmaqla beş hərbi obyekti vurması ilə bağlı ictimaiyyətə məlumat verməyib.



AFN.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Oreqon Dövlət Universitetinin əməkdaşlarının peyk məlumatlarının təhlilinə istinadən məlumat yayıb.



Qeyd olunur ki, altı İran raketi İsrailin şimal, cənub və mərkəzi hissəsində kəşfiyyat mərkəzi və logistik baza da daxil olmaqla beş obyekti vurub. Nəşrin məlumatına görə, ümumilikdə 12 günlük münaqişə nəticəsində İran İsrailin 40-dan çox infrastruktur obyektinə zərbələr endirib.



İsrail Müdafiə Qüvvələri hərbi bazaların vurulması ilə bağlı xəbərləri şərh etməyib, lakin bütün müvafiq bölmələrin əməliyyat boyu funksional davamlılığı qoruduğunu bildirib. “The Daily Telegraph” yazır ki, ümumilikdə İsrail və ABŞ-ın hava hücumundan müdafiə sistemləri raketlərin təxminən 84 faizini ələ keçirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu