ABŞ Nümayəndələr Palatası: Şimali Koreya Ukraynaya daxil olarsa, ABŞ hərbi əməliyyatları nəzərdən keçirməlidir


ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner bəyan edib ki, Şimali Koreya qoşunları Ukraynaya hücum edərsə, Birləşmiş Ştatlar birbaşa hərbi əməliyyatlar barədə düşünməlidir.



Törner X hesabında etdiyi paylaşımda Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya qoşun göndərməsi ilə bağlı açıqlama verib.

"Şimali Koreya qoşunları Ukraynanın suveren ərazisini işğal edərsə, ABŞ Şimali Koreya qoşunlarına qarşı birbaşa hərbi əməliyyatlar aparmaq barədə ciddi düşünməlidir", - deyə Turner bildirib.

ABŞ-ın müdafiə naziri Loyd Ceyms Ostinin Şimali Koreyanın Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya dəstək üçün əsgər göndərdiyi iddialarını təsdiqlədiyini xatırladan Törner, “Co Bayden hakimiyyəti Şimali Koreya əsgərlərinin bu münaqişəyə girməsini ABŞ üçün qırmızı xətt olduğunu açıq şəkildə bildirməlidir" deyə ifadə edib.

"Şimali Koreya qoşunları Rusiya ərazisindən Ukraynaya hücum edərsə, Ukraynaya cavab vermək üçün Amerika silahlarından istifadə etməyə icazə verilməlidir", - Törner vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Loyd Ceyms Ostin Şimali Koreyanın Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya dəstək üçün bu ölkəyə qoşun göndərməsi ilə bağlı iddiaları təsdiqləyib. Bununlada Ostin Şimali Koreya qoşunlarının Rusiyaya köçürülməsini rəsmi olaraq qeydə alan ilk yüksək rütbəli ABŞ rəsmisi olub.

Ukrayna və Cənubi Koreya Şimali Koreyanın Ukrayna ilə müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun göndərdiyini iddia edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu