Nigeriyada 32 qeyri-qanuni neft emalı obyekti məhv edilib
Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emal edildiyi 32 obyekt dağıdılıb.
Nigeriya Ordusunun İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Dancuma Jonah Dancuma verdiyi açıqlamada ordunun ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı əməliyyatlarının davam etdiyini bildirib.
Dancuma qeyd edib ki, əməliyyatlar zamanı daha 32 qeyri-qanuni neft emalı obyekti məhv edilib.
Əməliyyatlar zamanı neft daşıyan tanker və 25 qayığın ələ keçirildiyini bildirən Dancuma 250 min litr oğurlanmış neftin də müsadirə edildiyini bildirib.
Mənbə: AA