Nigeriyada 15 qeyri-qanuni neft emalı zavodu məhv edilib


Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emal edildiyi 15 obyekt dağıdılıb.


Nigeriya Ordusunun İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Dancuma Jonah Danjuma verdiyi açıqlamada ordunun ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı hava əməliyyatı həyata keçirdiyini bildirib.

Dancuma əməliyyatlar zamanı daha 15 qeyri-qanuni neft emalı obyektinin məhv edildiyini açıqlayıb.

Əməliyyatlar zamanı 11 tanker və neft daşıyan bir neçə qayığın ələ keçirildiyini bildirən Dancuma 115 min litr oğurlanmış neftin də müsadirə edildiyini qeyd edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu