Şimali Koreya Cənubu düşmən dövlət elan etdi


Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkə konstitusiyasına edilən dəyişikliklə Cənubi Koreyanın ilk dəfə olaraq açıq-aşkar düşmən dövlət olaraq təyin edildiyini açıqlayıb.[h4][/h4]

KCNA-nın məlumatına görə, Şimali Koreya bölgədə gərginliyi artıracaq konstitusiya dəyişikliyi edib.

Şimali Koreyanın konstitusiyaya etdiyi dəyişikliklə Cənubi Koreyanın ilk dəfə olaraq açıqcasına düşmən dövlət olaraq təyin olunduğu bildirilib.

Xəbərdə oktyabrın 15-də Koreyaları birləşdirən bəzi yolların partladılmasının səbəbinə də toxunulub və konstitusiya dəyişikliyinin qaçılmaz və qanuni tədbirlər olduğu qeyd edilib.

Xəbərdə bəyanatı yer alan Şimali Koreya Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, Pxenyan cənub sərhədlərini daimi olaraq gücləndirmək üçün tədbirlər görməyə davam edəcək.

Digər tərəfdən, "Yonhap"ın xəbərinə görə, Cənubi Koreyanın Birləşmə Nazirliyi tərəfindən verilən açıqlamada birləşmə əleyhdarı olaraq xarakterizə edilən düşmən dövlət tərifi pislənilib.

Bəyanatda həmçinin Şimalın təxribatlarına sərt cavab veriləcəyi vurğulanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu