Şimali Koreya ölkəni Cənubi Koreya ilə birləşdirən yolların bir hissəsini partladıb
Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın iki ölkəni birləşdirən bəzi yolları partlatdığını açıqlayıb və Pxenyan administrasiyasının bu yolları kəsməyi hədəflədiyini bildirib.
"Yonhap" xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı mətbuata açıqlama verib.
Açıqlamada Şimali Koreya ordusunun iki Koreyanı birləşdirən Gyeongui və Donghae yollarının bir hissəsini partlatdığı və bunun yolların əlaqəsini kəsmək məqsədinin olduğu bildirilib.
Açıqlamada Cənubi Koreya ordusunun Demilitarizasiya Bölgəsi (DMZ) daxilində yerləşən Hərbi Demarkasiya Xəttinin (MDL) cənubundan atəş açaraq partlayışlara cavab verdiyi və Şimali Koreyanın fəaliyyətlərinin yaxından izləndiyi bildirilib.
Xatırladaq ki, bu ilin yanvarında Şimali Koreya lideri Kim Çen In sərhəddə iki ölkə arasında bütün kommunikasiyaların kəsilməsi, o cümlədən Gyeongui magistralının bağlanması üçün kəskin tədbirlərin görülməsinə göstəriş verib.
Cənubi Koreyanın hərbi rəsmiləri aprel ayında Şimali Koreyanın iki Koreyanı birləşdirən və DMZ ərazisində yerləşən yollara mina qoyduğunu aşkar etdiklərini bildiriblər.
Qeyd edək ki, Cənubi Koreyanın Baş Qərargahı dünən Şimali Koreyanın iki ölkə arasındakı yolları partlatmağa hazırlaşdığını bildirib.
Mənbə: