Avstraliya vətəndaşlarına İsrail və Livana səyahət etməmələri barədə xəbərdarlıq edib


Avstraliya bölgədəki qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən vətəndaşlarına İsrail və Livana səyahət etməmələri barədə xəbərdarlıq edib.


Avstraliya Xarici İşlər Nazirliyi tərəfindən səyahət məlumatlarının paylaşıldığı "Smarttraveller" hökumət saytındakı bəyanatda vətəndaşlara dəyişkən və gözlənilməz təhlükəsizlik vəziyyəti, terrorizm, vətəndaş itaətsizliyi, silahlı münaqişə riski və gərginliyin artması ehtimalı səbəbiylə İsrail və Livana səyahətdən çəkinmələri tövsiyə edilib.

Bəyanatda İsrail və Livandakı bütün Avstraliya vətəndaşlarına kommersiya uçuşları davam edərkən dərhal bu iki ölkəni tərk etməyə çağırılıb.

Xarici işlər naziri Peni Vong X hesabında etdiyi paylaşımda hökumətin İsraildə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşə biləcəyindən narahat olduğunu qeyd edib.

Vonq izah etdi ki, vətəndaşlar fövqəladə hallarda səfirliklər və konsulluqlarla əlaqə saxlamalı və səlahiyyətlilərlə koordinasiya etməlidirlər.

Avstraliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada nazir Vonq hökumətin İranın raket proqramına töhfə verən 5 İran vətəndaşına maliyyə sanksiyaları və səyahət qadağası tətbiq etmək qərarına gəldiyini bildirib.

İranın raket proqramının regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaratdığını bildirən Vonq, İrana qarşı sanksiyaların davam edəcəyini bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu