Bəhreyn vətəndaşlarından Livanı tərk etmələrini xahiş edir


Bəhreyn Livandakı vətəndaşlarından ölkəni tərk etmələrini, Qətər isə vətəndaşlarını münaqişə zonalarından uzaq durmağa çağırıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyindən verilən açıqlamada, vətəndaşlarının öz təhlükəsizlikləri üçün Livana səfər etməmələri və bu ölkədəkilərin geri qayıtmaları lazım olduğu bildirilib.

Qətərin Beyrutdakı səfirliyi də Livandakı vətəndaşlarına qarşıdurmaların baş verdiyi ərazilərdən uzaq durmaq barədə xəbərdarlıq edib.

Avqustun 4-də Səudiyyə Ərəbistanı öz vətəndaşlarını mümkün qədər tez Livan ərazisini tərk etməyə və onları silahlı münaqişə bölgələrindən uzaq durmağa çağırıb.

Küveyt və Almaniya da avqustun 5-də Livandakı vətəndaşlarını ehtiyatlı olmağa, təhlükəsizlik və münaqişə yerlərindən uzaq durmağa çağırıb.

Bəzi ölkələrin təhlükəsizlik baxımından xəbərdarlıqları üzərinə Livanın Baş naziri Nəcib Mikati dünən açıqlama verərək, ölkənin ümumi təhlükəsizlik vəziyyətinin həyəcan və panika səviyyəsində olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu