2 ölkə Livandakı vətəndaşlarından ölkəni tərk etmələrini istəyib
Almaniya və Hollandiya Livandakı vətəndaşlarından dərhal bu ölkəni tərk etmələrini istəyib.
Almaniya Xarici İşlər Nazirliyinin saytında Livanla bağlı səyahət xəbərdarlıqları yenilənib.
Bəyanatda Almaniya vətəndaşlarına Livana səyahət etməmələri, Almaniya vətəndaşlarına isə dərhal Livanı tərk etmələri barədə xəbərdarlıq edilib.
Bəyanatda bölgədəki təhlükəsizlik vəziyyətinin kifayət qədər dəyişkən olduğu və Livan ilə İsrail arasında sərhəd bölgəsində son həftələrdə hərbi qarşıdurmaların intensivləşdiyi vurğulanıb.
Bəyanatda gərginliyin daha da artmasının Rafik Həriri hava limanında hava hərəkətinin tamamilə dayandırılmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib və bu halda Livandan hava yolu ilə çıxmağın mümkün olmayacağı qeyd edilib.
Hollandiya Xarici İşlər Nazirliyinin X hesabında verilən xəbərdarlıqda Hollandiya vətəndaşlarından Livana səyahət etməmələri və bu ölkədə hələ uçuşlar olduğu halda dərhal tərk etmələri istənilib.