Pakistanda kömür mədəninə silahlı hücum nəticəsində 20 nəfər ölüb


Pakistanın Bəlucistan əyalətində kömür mədəninə silahlı hücum edilib. İlkin məlumata görə, hücum nəticəsində 20 nəfər ölüb.



"Dawn" qəzetinin məlumatına görə, polis rəsmiləri vilayətin Duki bölgəsindəki kömür mədəninə silahlı şəxslər tərəfindən hücum edildiyini açıqlayıb.

Səlahiyyətlilər raket və qumbaraatanların da istifadə edildiyi hücumda ilkin məlumatlara görə 20 mədənçinin həyatını itirdiyini, 7 mədənçinin isə yaralandığını bildirib.

Ölənlər arasında Əfqanıstan vətəndaşlarının olduğunu və yaralıların xəstəxanaya aparıldığını bildirən səlahiyyətlilər, hücum edənlərin mədəndəki bəzi maşınları yandırdığını və polisin silahlı qruplaşmanın axtarışında olduğunu bildirib.

Hücuma görə məsuliyyəti hələlik heç kəsin üzərinə götürmədiyi bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu