İranda polis məntəqəsinə hücum: 1 polis əməkdaşı həlak olub
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində silahlı qruplaşmanın polis idarəsinə hücum etdiyi, təxminən 3 saat davam edən qarşıdurmada 1 polisin öldüyü bildirilib.
İran dövlət televiziyasının xəbərinə görə, silahlı qrup dünən gecə yarısı Sistan-Bəlucistan əyalətinin Rask şəhərində sərhəd yaxınlığındakı polis məntəqəsinə hücum edib.
Təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə başlayan qarşıdurmada bir polis məmuru həyatını itirib.
Təxminən 3 saat davam edən atışmadan sonra hücum edənlər qaçıb və bölgədə genişmiqyaslı əməliyyat başlayıb.
Hücuma görə məsuliyyəti “Ceyşul Adl” adlı təşkilat öz üzərinə götürüb.
Digər tərəfdən, hücumun Sistan-Bəlucistan əyalətində fəaliyyət göstərən və "bölgədəki sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini" iddia edən "Ceyşul Ədl" adlı təşkilatın öz üzərinə götürdüyü bildirildi.
Təşkilat ara-sıra Pakistan sərhədindəki Sistan-Bəlucistan bölgəsində hücumlar təşkil edir.
Dekabrın 15-də eyni bölgədə polis bölməsinə hücum olub və hücumda 12 təhlükəsizlik işçisi həyatını itirib. Hücuma görə məsuliyyəti eyni təşkilat öz üzərinə götürüb.