Livan ABŞ-ın İsrailin təcavüzünü dayandırmaq üçün heç nə etmədiyini deyir
Livan parlamentinin sədri Nəbih Berri Livan-İsrail sərhədində atəşkəs səylərində irəliləyiş olmamasından ciddi narahatlığını ifadə edib.
O, “Asharq Al-Awsat” qəzetinə müsahibəsində beynəlxalq vasitəçilərin İsrail müharibəsini dayandırmaqda aciz olduqlarını etiraf edib.
"Hələ də müsbət nəticə yoxdur, biz hələ də fransızların müəyyən dəstəyini hiss edirik. Amma amerikalılara gəlincə, onlar bizimlə olduqlarını və atəşkəs istədiklərini deyirlər, lakin İsrailin təcavüzünü dayandırmaq üçün heç nə etmirlər" - deyə spiker bildirib.
Berri bildirib ki, 2006-cı ildə Livanın cənubundakı münaqişə zamanı olduğu kimi, silahlı şiə təşkilatı Hizbullah adından danışıqlar aparmaq səlahiyyətinə malikdir: “Mən 2006-cı ildə etdiyim işi edirəm, siyasi danışıqlara cavabdehəm, bu mandatda yeni heç nə yoxdur”.