Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 70-ə çatıb


Nigeriyanın Niger əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 70-ə yüksəlib.



Milli mətbuatda yer alan xəbərlərə görə, Milli Daxili Su Yolları Təşkilatından verilən açıqlamada oktyabrın 1-də Niger əyalətinin Mokva bölgəsindəki Gbajibo çayında qayığın batmasından sonra xilasetmə işlərinin davam etdiyi bildirilib.

Açıqlamada bildirilib ki, qəzada həyatını itirənlərin sayı 70-ə çatıb, 150 nəfər xilas edilib.

Nigeriya Prezidenti Bola Əhməd Tinubu həyatını itirənlərə görə əyalət xalqına başsağlığı verib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu