Bayden getməzdən əvvəl Ukraynanın NATO-ya daxil olması üçün təkan verə bilər - KİV
ABŞ prezidenti Co Bayden Ukraynanın NATO-ya qəbulu ilə bağlı mövqeyini dəyişə bilər.
AFN.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin materialında qeyd edilir ki, Bayden prezident postunu tərk etməzdən əvvəl Avropaya son səfərində - oktyabrın 12-də Almaniyada Ukraynanın müttəfiqlərinin Ramşayn formatında iclasına sədrlik edəcək.
Vladimir Zelenskinin Vaşinqtonda apardığı danışıqlar barədə məlumat verən Qərb rəsmisi bildirib ki, Baydenin yanvarda vəzifəsini tərk etməzdən əvvəl Ukraynanın NATO-ya üzvlük təklifini təkmilləşdirməyə razı ola biləcəyinə dair ilkin əlamətlər var.
ABŞ NATO-da əsas rol oynayır və Ukraynanın Alyansa dəvət olunması Vaşinqtonun mövqeyindən çox asılıdır.