Şimali Koreya super böyük döyüş başlıqlı ballistik raketi sınaqdan keçirib


Şimali Koreya taktiki ballistik raketin və təkmilləşdirilmiş strateji qanadlı raketin sınaq atışlarının uğurla həyata keçirildiyini açıqlayıb.



Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lideri Kim Çen In sözügedən raketlərin sınaq atışını izləyib.

“Hwasongpho-11-Da-4.5” adlanan 4,5 tonluq super böyük döyüş başlığı daşıya bilən taktiki ballistik raketin sınaq atışı onun 320 kilometr məsafədə dəqiqliyini yoxlamaq üçün həyata keçirilib. Bundan əlavə, təkmilləşdirilmiş strateji qanadlı raket də sınaqdan keçirilib.

Kim bildirib ki, sınaqlar vasitəsilə silah və texnikanın performansının yaxşılaşdırılması xarici qüvvələrin Şimali Koreyanın təhlükəsizlik mühitinə yaratdığı ciddi təhlükə ilə birbaşa bağlıdır və sınaqların nəticələrindən məmnun olduğunu qeyd edib.

Şimali Koreya lideri ölkənin nüvə gücünün artırılmasının zəruriliyini də vurğulayaraq, hərbi potensialın gücləndirilməsini ən vacib məsələ kimi gördüyünü bəyan edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu