Litvanın baş naziri Aİ-ni ABŞ-a güvənməməyə çağırıb


Aİ ölkələri xüsusilə bu ölkədə keçiriləcək prezident seçkiləri kontekstində ABŞ-ın təhlükəsizlik zəmanətlərinə güvənmədən öz müdafiə sistemlərini qurmalıdır.


AFN.az xəbər verir ki, bunu “Le Figaro” qəzetinə müsahibəsində Litvanın baş naziri İnqrida Simonyte deyib.

"Çox şey ABŞ-ın gələcək prezidentinin komandasında kimin olmasından asılı olacaq. Biz Donald Trampın ilk prezidentlik dövründə səsləndirdiyi bəzi fikirləri bölüşürük. Xüsusilə, o, Avropanın çox uzun təhlükəsizlik üçün Amerika zəmanətlərinə arxalanmasını pisləyərkən sərtdir, lakin ədalətlidir: Avropa Birliyi öz müdafiəsi məsələsini tamamilə müstəqil şəkildə həll etməli və müdafiə sənayesi qurmalıdır”.

Simonyte bildirib ki, Ağ Evin yeni rəhbəri kimin – Donald Tramp və ya Kamala Harris olmasından asılı olmayaraq, onlar Avropanı geosiyasətin mühüm hissəsi hesab etməli olacaqlar. O, əmindir ki, belə bir münasibətin olmaması "Rusiya üçün hədiyyədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu