Rusiya: "Meta"nın Rusiya KİV-lərini qadağan etmək qərarı qəbuledilməzdir
![](/uploads/posts/2024-09/meta-afn_az.jpg)
Kremlin sözçüsü Dmitriy Peskov "Facebook" və "Instagram"ın sahibi Metanın Rusiya media təşkilatlarına qadağa qoyma qərarının mənfi və qəbuledilməz olduğunu bildirib.
Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Peskov "Meta"nın Rusiya media qurumlarını platformalarında qadağan etmə qərarını dəyərləndirib:
"Meta bu hərəkətləri ilə özünü gözdən salır. Rusiya mediasına qarşı bu cür hərəkətlər yolverilməzdir. Biz bunu son dərəcə mənfi qərar hesab edirik. Təbii ki, bu, "Meta" ilə münasibətlərimizi yaxşılaşdırmaq imkanlarını çətinləşdirir".
Rusiya prezidenti Vladimir Putinin Rusiya ordusundakı əsgərlərin sayını təxminən 180 min nəfər artıraraq, ümumi hərbi personal sayını 2 milyon 389 min nəfərə çatdıran fərman imzalaması ilə bağlı sualı cavablandıran Peskov, “Bu qərar sərhədlərimiz boyu ölkəmizə olan təhdidlərdən qaynaqlanır. Bunun səbəbi qərb sərhədlərindəki ekstremizmdir. Dolyısıyla bu vəziyyətin qarşısını almaq lazım idi” deyib.
Mənbə: AA