"Apple" vergi pozuntularına görə İrlandiyaya 13 milyard avro qaytarmalıdır


“Apple” Avropanın vergi qaydalarını pozduğuna görə İrlandiyaya 13 milyard avro qaytarmalıdır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, qərarı Lüksemburqda yerləşən Avropa Məhkəməsi qəbul edib.

"Məhkəmə İrlandiyanın Apple-ın xeyrinə çıxardığı vergi qərarları ilə bağlı Baş Məhkəmənin qərarını ləğv edir. Məhkəmə bu məsələ ilə bağlı yekun qərar verir və Avropa Komissiyasının 2016-cı ildəki qərarını təsdiqləyir: İrlandiya Apple-a qanunsuz yardım göstərib, indi onu geri almalıdır" - deyə müvafiq məlumatda qeyd edilir.

Avropa Komissiyası 2016-cı ildə elan edib ki, Apple ölkədə vergi qaydalarını pozduğuna görə İrlandiyaya 13 milyard avro qaytarmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu