BMT: Ayşenur Ezgi Eyginin ölümü hərtərəfli araşdırılmalıdır


Birləşmiş Millətlər Təşkilatı (BMT) İordan çayının qərb sahilinin Nablus şəhərində Türkiyə əsilli Amerika vətəndaşı Ayşenur Ezgi Eyginin İsrail əsgərləri tərəfindən öldürülməsi ilə bağlı hərtərəfli araşdırma aparılmasını və cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb edib.


BMT-nin sözçüsü Stephane Dujarrik hadisə ilə bağlı şərhində deyib: "Hələ ətraflı məlumatım yoxdur. Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı hərtərəfli araşdırma aparılmasını və məsul şəxslərin məsuliyyətə cəlb olunmasını istəyirik. Mülki vətəndaşlar bütün hallarda müdafiə olunmalıdır".

İstintaqların daha çox münaqişə bitdikdən sonra aparılacağına işarə edən Düjarrik, fələstinli məhbuslara qarşı pis rəftarın cəzalandırıldığı hallarının olduğunu bildirib. O, qeyd edib ki, İsrail bir çox mülki ölümlə bağlı araşdırma aparmır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu