Kamala Harris İsrail prezidenti ilə telefonla danışıb
ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrail prezidenti İsaak Hersoqla telefon danışığında İsraili dəstəklədiyini təkrarlayıb və İordan çayının qərb sahilində zorakılıq aktlarına görə məsuliyyət daşıyan ekstremist məskunlaşmaların məsuliyyətə cəlb olunmasını vurğulayıb.
Görüşdə İsrail, Qəzza və İordan çayının qərb sahilindəki son hadisələr müzakirə edilərkən, Harris İsrailin öz vətəndaşlarını müdafiə etmək və terrorla mübarizə haqqını dəstəklədiyini bildirib.
Əsirlərin azad edilməsinin vacibliyinə diqqət çəkən Harris, mülki şəxslərin müdafiəsi və beynəlxalq humanitar hüquqa hörmət edilməsini də vurğulayıb.
Harris Qəzzada mülki şəxslərə humanitar yardımın artırılmasının vacibliyini dilə gətirib və İordan çayının qərb sahilindəki zorakılıq aktlarına görə məsul olan ekstremist məskunlaşmaların məsuliyyətə cəlb edilməsini və bölgədə təhlükəsizlik və sabitliyin artırılmasını istəyib.
Mövcud qarşıdurmalardan kənarda bölgədə davamlı sülhün bərqərar olması lazım olduğunu qeyd edən Harris, bu mövzuda bölgədəki tərəfdaşlarla çalışacaqlarını bildirib.
Digər tərəfdən, Pentaqondan verilən açıqlamaya görə, ABŞ müdafiə naziri Lloyd Austin də misirli həmkarı Məhəmməd Zəki ilə telefon danışığı aparıb.
İki nazir oktyabrın 7-dən sonra Yaxın Şərqdə təhlükəsizliyin artırılmasını müzakirə edərkən, Ostin Qəzzaya humanitar yardımın daxil olması və Qəzzada ABŞ vətəndaşlarının təxliyyəsindəki roluna görə Misirə təşəkkür edib.
Nazirlər dinc sakinlərin qorunmasının vacibliyini də müzakirə edib və İsrailin terror hücumlarından özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb.