BMT: Biz humanitar atəşkəs çağırışımızı təkrar edirik


Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzada mülki şəxslərin, dəyərli elm adamlarının, jurnalistlərin və BMT işçilərinin həlak olduğunu vurğulayaraq, humanitar atəşkəs çağırışın bir daha gündəmə gətirib.


BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Biz Qəzzada mülki şəxslərin, dəyərli alimlərin, jurnalistlərin və BMT əməkdaşlarının həlak olduğunu görürük və buna görə də humanitar atəşkəs çağırışımızı təkrar etmək istəyirik", - Düjarrik bildirib.

Sözçü Düjarrik çox sayda ölüm və həbsdən narahat olduqlarını bildirib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) mövcud vəziyyətin Qəzzada insanların ehtiyaclarının qarşılanmasına imkan vermədiyi barədə xəbərdarlıq etdiyini xatırladan Düjarrik, bölgədəki qarşıdurmaların intensivliyi səbəbindən yardımların paylanmasının böyük ölçüdə dayandığını deyib.

O, İsrail qüvvələrinin humanitar yardımlar da daxil olmaqla fəaliyyətlərini "blok" etməsindən sonra Qəzzanın mərkəzi bölgəsinin böyük ölçüdə cənubla əlaqəsinin kəsildiyinə diqqət çəkib.

İsraildən gələn təmiz su xəttinin və su təmizləyici qurğunun bağlanmasına işarə edən Dujarrik, təhlükəli su mənbələrindən su istehlak edən Fələstin vətəndaşlarının su ilə bulaşan xəstəliklərdən narahat olduqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu