Maduronun təyyarəsinin həbsi hava piratçılığıdır - Zaxarova


ABŞ-ın Dominikan Respublikasında Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirməsi hava piratçılığıdır.


AFN.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Mən bunu piratçılıq adlandıran rəsmi Karakasın bəyanatlarından sitat gətirmək istəyirəm. Yalnız təyyarədə planlı təmir işləri gedirdi. Amma söhbət təyyarədən getdiyinə görə, bəli, bu hava piratçılığıdır”, - diplomat bildirib.

Onun sözlərinə görə, bu, belə aqibətlə üzləşən ilk təyyarə deyil: "Bunu mənə Venesuelanın rəsmiləri bildirdilər".

Qeyd edək ki, ABŞ Dominikan Respublikasında Nikolas Maduronun təyyarəsini saxlayaraq Floridaya göndərib. Təyyarənin müsadirə edilməsindən sonra Venesuela hakimiyyəti Amerika tərəfini piratçılıqda ittiham edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu