Rusiya PUA-sının Polşanın hava məkanına daxil olması ilə bağlı NATO-dan açıqlama


NATO dünən Rusiyaya məxsus pilotsuz uçuş aparatının Polşanın hava məkanına daxil olması ilə bağlı edilən bildirişə cavab verərək, bunun qəsdən olduğuna dair heç bir məlumatın olmadığını, lakin məsuliyyətsizlik və potensial təhlükə olduğunu açıqlayıb.



Bu barədə NATO-nun sözçüsü Farah Daxlallah məlumat verib.

Ukraynada müharibə başlayan 2022-ci ildən bu yana bir neçə dəfə Rusiya PUA və raket hissələrinin NATO ölkələri ərazisində tapıldığını ifadə edən Daxlallah, "Rusiyanın müttəfiqlərinə qarşı qəsdən hücum təşkil etdiyini göstərən heç bir məlumatımız olmasa da. bu hərəkətlər məsuliyyətsizdir və potensial təhlükəlidir” deyib.

Daxlallah xatırladıb ki, Ukraynadakı müharibəyə cavab olaraq NATO Polşa da daxil olmaqla şərq cinahında mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.

Polşa dünən Ukrayna istiqamətindən onun hava məkanına naməlum uçan obyektin daxil olduğunu və obyektin siqnalının daha sonra radardan itdiyini açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski də dünən Rusiya ordusunun ölkəsinə intensiv hava hücumu həyata keçirdiyini və hücumda 100-dən çox raket və 100-ə yaxın PUA-dan istifadə edildiyini bildirib. Zelenski dünənki hücumu ölkəsinə qarşı ən şiddətli hücumlardan biri kimi qiymətləndirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu