Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 132-yə yüksəlib
İyun ayından bəri Sudanın 18 əyalətindən 10-da həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 132-yə yüksəldiyi bildirilib.
Bu barədə hökumətə bağlı Payız Təcili Yardım Stansiyası açıqlamada verib.
Açıqlamada daşqınlardan zərər çəkənlərin sayının 129 min 650-yə yüksəldiyi bildirilib və 12 min 420 evin tamamilə, 11 min 472 evin isə qismən dağıldığı qeyd edilib.
Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlı dövrdə baş verən daşqınlarda hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsi zərər görür.
Mənbə: AA