Borrel Rusiyaya zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb
Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Cozef Borrel Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığında Rusiya ərazisinə zərbələr endirmək üçün istənilən məhdudiyyətin ləğvinin tərəfdarı olduğunu bildirib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Borrel bunun Ukraynanı qoruyacağına və sülh danışıqlarını yaxınlaşdıracağına inandığını deyib.
Aİ rəsmisi X səhifəsində yazıb ki, Rusiya hərbi hədəflərinə qarşı hərbi potensialın istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması həyatları xilas edəcək və Ukraynada dağıntıları azaldacaq: “Bu, həmçinin sülh səylərinin irəliləməsinə kömək edəcək”.
Borrell eyni zamanda Aİ-nin Ukrayna silahlı qüvvələrinin Kursk bölgəsindəki əməliyyatlarına dəstəyini açıqlayıb.