Cennifer Lopez və Ben Afflek boşanır


Cennifer Lopez Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib.



Evliliyi cəmi 2 il davam edən cütlük məhkəməyə təqdim olunan sənədlərə əsasən aprelin 26-dan ayrı yaşayır.

İyirmi ildən sonra yenidən bir yerdə olan cütlüyün evliliyi cəmi iki il davam edib. 55 yaşlı Cennifer Lopez toylarının ildönümündə 52 yaşlı Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib.

"Bennifer" kimi tanınan və 2000-ci illərdə ehtiraslı eşq yaşayan cütlük 20 il sonra bir araya gəlib. Cütlük 2022-ci ilin iyulunda Las-Veqasda evlənib. 20 avqust 2022-ci ildə Georgiada möhtəşəm toy ediblər.

Düz iki il sonra, avqustun 20-də Lopez Los-Anceles məhkəməsinə müraciət edərək boşanmaq üçün rəsmi addım atıb. Cütlüyün bir müddətdir ki, ayrı yaşadığı haqda xəbərlər yayılıb.

Məhkəmə sənədlərinə əsasən Lopez aprelin 26-dan ayrıldıqlarını ifadə edib. Cütlüyün nikah müqaviləsinin olmadığı təxmin edilir. Bu vəziyyət əmlak bölgüsündə problemlərə, yəni mübahisəli boşanma davasına səbəb ola bilər.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu