Meksika prezidenti: Tramp yenidən seçilərsə, divar tikintisini davam etdirəcəyini düşünmürəm


Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən seçiləcəyi təqdirdə sərhəddə tikmək istədiyi divar tikintisi layihəsini davam etdirəcəyini düşünmədiyini bildirib.



ABŞ-da yayımlanan “60 Dəqiqə” proqramına danışan Lopez Obrador, miqrasiya xaosunun həllinin divar qurmaqla olmadığını ifadə edərək, “Tramp Ağ Evə qayıtsa, divar tikintinsii davam etdirəcəyini düşünmürəm" deyib.

Lopez Obrador Trampla yaxşı işlədiklərini ifadə edərək, "Divar yararsızdır. ABŞ immiqrasiya problemini həll etmək istəyirsə, Meksikaya ehtiyacı var. Trampla bir-birimizi çox yaxşı anladıq. Hər iki tərəfə fayda verəcək ticarət müqaviləsi imzaladıq" deyə bildirib.

Vaşinqtonun Latın Amerikası və Karib hövzəsindəki yoxsul ölkələrə milyardlarla dollar yardım vəd etdiyini xatırladan Lopez Obrador, bunun həyata keçirilmədiyi təqdirdə mühacir axınının artmağa davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Dekabr ayında təxminən 250 min insanın cənub sərhədindən keçdiyini vurğulayan Lopez Obrador, "Mərkəzi Amerika prezidentləri ilə danışdım, Venesuela və Kuba prezidentləri ilə də danışdıq və immiqrant axınının dayandırılması üçün onlardan kömək istədik. Əgər immiqrasiya axınına qısa müddətdə həll tapa bilmirik, yeni konvoyların gəlməsi qaçılmazdır" fikrini bildirib.

Meksikadakı narkotik kartellərinə toxunan Lopez Obrador cinayət təşkilatları ilə heç bir dialoq qurmayacağını və qanunun lazım olanı etməsi üçün mübarizə apardıqlarını bildirib.

Lopez Obrador ABŞ-dan fentanillə bağlı tənqidlərə cavab olaraq, "ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) bu mövzuda bütün məlumatlara sahib olduğunu düşünmürəm. Çünki fentanil ABŞ və Kanadada da istehsal olunur" qiymətləndirməsini edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu