Məşhur cütlük boşanırmı?


Türkiyə şou-biznesində xoşbəxt və nümunəvi cütlük kimi tanınan aktrisa Ceyda Düvenci və aktyor Bülent Şakrakın ayrılmaları barədə iddialar yayılıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, 8 il əvvəl nikah masasına oturan cütlüyün boşanacağı ilə bağlı gəzən söz-söhbət sevənlərini üzüb.

Ayrılma iddiasının ortaya atılmasına isə onların uzun müddətdir birlikdə görüntülənməmələri səbəb olub. Belə ki, sosial şəbəkə hesabında tez-tez birgə fotolarını paylaşan və şərhlərdə bir-birilərinə romantik sözlər yazan cütlüyün təxminən bir aydır məsafəli olması yayılan söz-söhbəti daha da gücləndirib.

Tərəflər iddialarla bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, bu, Ceyda Düvencinin ikinci evliliyidir. O, 2008-2013-cü illərdə iş adamı Engin Akgünlə ailəli olub, cütlüyün bu nikahdan Melisa Nur adlı qızları dünyaya gəlib.

Aktrisa B. Şakrakla isə 2015-ci ildə ailə qurub, Okan Ali adında oğulları var.

qafqazinfo.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu