Burak Özçivitin oğlu Karanı babasına oxşatdılar - FOTOLAR
Aktrisa Fahriye Evcenlə xoşbəxt bir evliliyə sahib olan tanınmış aktyor Burak Özcivit böyük oğlu Karanın atasına oxşadığını deyənlər babası Bülent Özciviti gördükdən sonra fikirlərini dəyişiblər.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu yaxınlarda ikinci dəfə valideyn olmaq sevincini yaşayan cütlüyün böyük övladları olan Karan ata babasına hədsiz oxşaması ilə gündəmə gəlib.
2017-ci ildə ailə quran Fahriye Evcen və Burak Özcivit xoşbəxt evlilikləri ilə maqazin dünyasının sevimli adları sırasındadır. Bu ilin yanvarında dünyaya gələn ikinci oğullarına Kərəm adı qoyublar. Ailənin xoşbəxt anlarını əks etdirən fotolarda Karanın babası Bülent Özcivitə oxşarlığı görənləri heyrətləndirib.