ABŞ-da "nüvə münaqişəsinə hazırlaşmaq əmri" iddiası


“The New York Times” (NYT) qəzeti ABŞ prezidenti Co Baydenin Amerika ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmağı tapşırdığını iddia edib.



Qəzet iddia edib ki, Bayden mart ayında təsdiqlənmiş məxfi sənədin məzmununda Çin təhdidinə fokuslanan gizli nüvə strategiyasını təsdiqləyib.

Bildirilir ki, Bayden ilk dəfə olaraq Çinin nüvə texnologiyalarının və silahlarının sürətlə genişlənməsinə diqqət yetirmək üçün mart ayında ABŞ-ın çəkindirmə strategiyasını yenidən təşkil edib və ABŞ prezidentinin Amerika ordusuna mümkün koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmaq göstərişi verdiyi iddia edilir.

Xəbərdə Ağ Evin Baydenin qərarını açıqlamadığı və “Nüvə Yerləşdirmə Bələdçisi” adlı strategiyada Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinasiyalı nüvə münaqişələrinə qarşı hazırlıq planlarının olduğunu iddia etdiyi vurğulanıb.

Xəbərdə 4 ildən bir yenilənən sənədin tam məxfi olduğu üçün elektron nüsxəsinin olmadığı, sənədin çap nüsxələrinin yalnız bir neçə milli təhlükəsizlik məmuruna və Pentaqonda yüksək rütbəli komandirlərə verildiyi vurğulanıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu