Pol Kitinq: Avstraliya ABŞ-ın 51-ci ştatına çevrilə bilər


Avstraliyanın keçmiş baş naziri Pol Kitinq İngiltərə və ABŞ ilə AUKUS müqaviləsinin Avstraliyanı ABŞ-ın 51-ci ştatına çevirəcəyini bildirib.



Avstraliyada ABC telekanalına danışan Kitinq ABŞ, İngiltərə və Avstraliyanın daxil olduğu və nüvə sualtı texnologiyası sahəsində əməkdaşlığı nəzərdə tutan AUKUS müqaviləsinin ölkəsini hədəfə çevirdiyini qeyd edib.

ABŞ-ın müqavilə çərçivəsində bütün Avstraliyada bazalar açacağını ifadə edən Kitinq, "AUKUS-un əsas məqsədi Avstraliya üzərində hərbi nəzarət qurmaqdır. Sonda nə olacağını bilirsinizmi? Avstraliya ABŞ-ın 51-ci əyaləti olacaq" vurğulayıb.

Avstraliyanın özünü müdafiə edə biləcəyini ifadə edən Kitinq, "ABŞ-ın arxasında asılan bir cüt ayaqqabı olmağımıza ehtiyac yoxdur" deyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu