Rusiya Mərkəzi Bankı: İlin sonuna kimi beynəlxalq ödənişlərdə kriptovalyuta istifadə oluna bilər


Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina ilin sonuna kimi ölkəsində beynəlxalq ödənişlərdə kriptovalyutalardan istifadənin başlaya biləcəyini bildirib.



Nabiullina Rusiya Federasiya Şurasındakı çıxışında Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib.

Rəqəmsal rubl üzərində işləməyə davam etdiklərinə diqqət çəkən Nabiullina, “Bizim fikrimizcə rəqəmsal rublun insanlar üçün tamamilə pulsuz köçürmələr və müəssisələr üçün çox aşağı komissiyalar şəklində açıq üstünlükləri var. Bu üstünlüklər sayəsində rəqəmsal rublun 5-7 ildən sonra həyatımızın tanış hissəsinə çevriləcəyinə inanırıq” deyib.

Beynəlxalq ödənişlər məsələsinin dövlət və iş dünyası üçün mühüm problem olduğunu vurğulayan Nabiullina, “İş dünyası çıxış yolu tapır, lakin müddətlər uzandıqca, xərclər artır. Ödənişlər dollar, avro və SWIFT vasitəsilə həyata keçirildiyi müddətcə sanksiyalara həssasdır. Maliyyə mesajlarını çatdırmaq üçün müstəqil kanallar vasitəsilə milli valyutalarda ödənişlərlə bağlı strateji xəttə keçirik” qeyd edib.

Beynəlxalq ödənişlərdə kriptovalyutaların istifadəsini qiymətləndirən Nabiullina, “Duma kriptovalyutalarla eksperimental beynəlxalq ödənişlərə icazə verən qanunu dəyərləndirir. Biz eksperimentin şərtlərini nazirliklər və qurumlar, eləcə də iş dünyası ilə müzakirə edirik və bu ilin sonuna qədər ilk belə ödənişlərin həyata keçirilməsini gözləyirik” deyib.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı 2021-ci ildə hazırladığı hesabatla ölkədə kriptovalyutaların tamamilə qadağan edilməsini tələb edib. Lakin Ukrayna müharibəsindən sonra Rusiya banklarının SWIFT ödəniş sistemindən çıxarılmasından sonra ölkədə kriptovalyutalar getdikcə geniş yayılıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu