Latviya qanunsuz miqrasiya ilə mübarizədə Litvadan kömək istəyib
Latviya hakimiyyəti Litvaya qeyri-qanuni miqrasiya ilə mübarizəyə kömək etmək üçün 10-15 nəfərlik sərhədçi qrup göndərməyi xahiş edib.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndəsi Lina Laurinaityte məlumat verib.
Onun sözlərinə görə, Latviyaya göndərilən sərhədçilər qrupu çox güman ki, Litva-Rusiya sərhədindən çıxarıla bilər. Litva Dövlət Sosial Təminat İdarəsinin məlumatına görə, 2024-cü ildə Baltikyanı respublikalarla Polşa sərhədində 24 minə yaxın qeyri-qanuni miqrant qeydə alınıb. Eyni zamanda 366 qeyri-qanuni immiqrant Litva, 3 minə yaxını isə Latviya sərhədini keçməyə cəhd edib.
Bundan əvvəl Estoniya Latviya-Belarus sərhədini qeyri-qanuni miqrantlardan qorumaq üçün 11 nəfərlik təhlükəsizlik işçiləri qrupu göndərib.