Malayziya BRİKS-ə üzv olmaq üçün Rusiyaya ərizə göndərib

Malayziya BRİKS-ə qoşulmaq üçün Rusiyaya müraciət edib.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Ənvər İbrahim məlumat verib.
“Malayziya BRİKS-ə sədrlik edən Rusiyaya təşkilata üzv olmaq üçün ərizə göndərib, üzv ölkə və ya strateji tərəfdaş kimi iştirak etməyə hazır olduğunu bildirib”, – deyə o, bildirib.
Ənvər İbrahim Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və vurğulayıb ki, söhbət əsasən Malayziyanın BRİKS-ə qoşulmaq cəhdi mövzusundan gedir. Onun sözlərinə görə, bunun hər iki ölkə üçün əhəmiyyətli potensialı olacaq.
Baş nazirin sözlərinə görə, Lavrovla söhbət zamanı o, "dünya problemlərinə, o cümlədən Fələstindəki vəziyyətə" toxunub. "Həm Malayziya, həm də Rusiya təcili humanitar yardımın göstərilməsi, Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi tanınması üçün daimi atəşkəsin vacibliyini vurğuladılar”, - deyə o, qeyd edib. “Ukraynadakı münaqişə ilə bağlı Malayziya davamlı nizamlanmaya aparan yol kimi dialoqun və diplomatik səylərin vacibliyinə dair mövqeyini bir daha təsdiqlədi”, - Ənvər İbrahim vurğulayıb.