Ermənistan 2024-2025-ci illər üçün Hindistandan ən çox silah sifariş verən ölkə olub


2024-2025-ci illərdə Hindistandan ən çox silah sifariş edən ölkə Ermənistan olub.



"Indian Aerospace Defence News"un X səhifəsində dərc olunan xəbərə və Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan 2024-2025-ci illər üçün 600 milyon dollarlıq silah sifariş edərək Hindistanın bir nömrəli silah idxalçısı olub.

Mayın 15-də İrəvanda keçirilən görüşdə Ermənistan və Hindistan müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb.

Ermənistan hakimiyyəti 2022-ci ilin sentyabrından Hindistandan çoxlüləli reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər, mobil radar sistemləri və yedəkli artilleriya sistemləri (ATAGS) sifariş edib və 6 ədəd 155 millimetrlik yedəkli haubitsaların ilk partiyası 2023-cü ilin avqustunda çatdırılıb.

Ermənistan həmçinin Hindistanın "Zen Anti-Drone System" (ZADS) şirkətindən PUA-lara qarşı müdafiə sistemləri və Hindistanın "Kalyani Strategic Systems" tərəfindən hazırlanmış taktiki təkərli avtomobilə quraşdırılmış 155 millimetr/39 MArG haubitsa sistemi sifariş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu