"Eisenhower" təyyarədaşıyan gəmisi Qırmızı dənizi tərk edir
Husilərə qarşı mübarizə çərçivəsində yerləşdirilən "Eisenhower" təyyarədaşıyan gəmisi Qırmızı dənizi tərk edir.
AFN.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Gəmi Qırmızı dənizə 2023-cü ilin noyabrında gəlib. “Stars and Stripes” nəşri qeyd edib ki, “Eisenhower” təyyarədaşıyan gəmisinin keçidi ABŞ-ın Yaxın Şərqdə vəziyyəti sabitləşdirmək səyləri ilə birbaşa bağlıdır. Vaşinqtonun vəzifələrinə təkcə İsraili dəstəkləmək deyil, həm də İraq və Suriyada hücuma məruz qalan Amerika qoşunlarını qorumaq daxildir.
Gəmi artıq San Dieqodan öz xidmət yerinə yola düşmüş nüvə mühərrikli təyyarədaşıyan Teodor Ruzveltlə əvəzlənəcək.
İyunun 22-si səhər saatlarında Britaniya donanması Qırmızı dənizdə Yəmən sahillərində gəmiyə yeni hücum təşkil edildiyini bildirib.