İrana BÖYÜK ŞOK: Nüvə sualtı qayığı bölgədə
Ohayo sinifli sualtı qayığı Şərqi Aralıq dənizi, Qırmızı dəniz, Fars körfəzi və Oman körfəzinin daxil olduğu məsuliyyət zonasına çatıb.
AFN.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama yayıb.
ABŞ müharibə başlayandan bəri bölgəyə USS Gerald Ford və USS Dwight D. Eisenhower adlı iki təyyarədaşıyan gəmi göndərib.
“Haaretz” qəzeti yazır ki, ABŞ regional gərginlik şəraitində Yaxın Şərqə nüvə sualtı qayığı yerləşdirib.
Ordunun bu yöndə nadir hallarda açıqlamalar verdiyinə diqqət çəkən CNN İnternational isə nüvə sualtı qayığının bölgəyə çatması ilə bağlı rəsmi açıqlamanı “İran və onun bölgədəki müttəfiqlərinə qarşı açıq-aşkar çəkindirmə mesajı” olaraq şərh edib.