"Apple"ın süni intellektləri Çində məhdudlaşdırılacaq


"Apple" regionda öz smartfonlarında süni intellekt (AI) funksiyalarını işə salmaq üçün Çində tərəfdaş tapmalı olacaq.


AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, "WWDC 2024" sərgisində elan edilən "Apple Intelligence AI" funksiyaları Çində tam işləməyəcək. Buna görə də şirkət süni intellekt modelini dəyişməli və ölkədə onu öz süni intellekt modelləri ilə təmin edəcək tərəfdaşlar tapmalı olacaq.

Materialda bildirilir ki, Çində süni intellekt modelləri ciddi şəkildə tənzimlənir ki, onlardan ictimai rəyə təsir etmək üçün istifadə edilməsin. Tim Kukun şirkəti "Apple Intelligence" üçün icazə ala bilmədiyi üçün korporasiya özünə tərəfdaş tapmalı olacaq. "Apple" hazırda "Baidu", "Alibaba Group" və "Baichuan AI" ilə danışıqlar aparır.

"The Wall Street Journal"ın məlumatına görə, Çin 2024-cü ilin ortalarına qədər 117 generativ süni intellekt modelini və ya alətini təsdiqləyib. Üstəlik, onların arasında ölkədən kənarda yaradılan bir dənə də olsun məhsul yoxdur. Buna görə də Çin səlahiyyətlilərinin "Apple Intelligence"i təsdiqləmə ehtimalı olduqca azdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu