Kolumbiyada yüzlərlə müəllim hökumətin təhsil siyasətinə etiraz edib


Kolumbiyada yüzlərlə müəllim hökuməti təhsil sistemini özəlləşdirməyə cəhd etməkdə ittiham edərək, etiraz edib.



Paytaxt Boqotadakı tarixi Bolivar Meydanına yürüş edən çox sayda müəllim hökumətin qəbul etmək istədiyi təhsil qanununa görə sərt reaksiya göstərib.

Hökumətin bu qanunla təhsil xidmətlərini özəlləşdirəcəyini iddia edən müəllimlər yüzlərlə insanın işsiz qalacağını qeyd ediblər.

Kolumbiya Təhsil İşçiləri Federasiyasının (Fecode) başçılıq etdiyi etiraz aksiyasına bir çox şəhərdən müəllimlər qatılıb.

Geniş təhlükəsizlik tədbirləri altında keçirilən nümayiş insidentsiz başa çatıb.

Fecode tərəfindən verilən açıqlamada hökumətdən qanun layihəsini geri götürməsi istənilib, əks halda milli tətil və kütləvi nümayişlərin olacağı bildirilib.

Hökumət hazırkı təhsil sisteminin ciddi iqtisadi ziyan vurduğunu və yeni qanunun müəllimlərin iqtisadi vəziyyətində ciddi irəliləyişləri təmin edəcəyini bildirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu