ABŞ-ın Qəzzada atəşkəslə bağlı qətnamə layihəsi BMT TŞ-də səsverməyə çıxarılır


BMT Təhlükəsizlik Şurasında İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında yeni atəşkəs təklifini dəstəkləmək üçün hazırlanmış Amerika qətnamə layihəsi üzrə səsvermə iyunun 10-da keçiriləcək.


Bu barədə Cənubi Koreyanın iyun ayında Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edəcək Daimi Nümayəndəliyi məlumat yayıb.

Bundan əvvəl ABŞ-ın dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Robert Vud jurnalistlərə bildirib ki, ölkəsi öz qətnaməsini mümkün qədər tez səsverməyə çıxarmağa ümid edir.

Birləşmiş Ştatların təklif etdiyi sənəd yeddi bənddən ibarətdir, bunlardan birincisi HƏMAS-ı razılaşmanı qəbul etməyə və bütün tərəfləri heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməyə çağırır. Qətnamədə vurğulanır ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox davam edərsə, o zaman atəşkəs danışıqlar davam etdiyi müddətdə qüvvədə qalacaq. Sənəd həmçinin BMT-yə üzv olan bütün ölkələri sazişin həyata keçirilməsini dəstəkləməyə çağırır və İsrail və Fələstin arasındakı münaqişənin iki dövlət arasında dinc yanaşı yaşama əsasında həllinə sadiqliyini bir daha təsdiqləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu